Rəqəmsal marketinq qıfı

Loyallıq nədir?

Loyallıq – sadiklik

Sadiqlik – möhkəm dostluq və ya kiməsə və ya hər hansı prosesə dəstək olmaq keyfiyyətidir.

Loyallıq marketinqi?

Loyallıq marketinqi, şirkətin təşviqlər vasitəsilə mövcud müştəri auditoriyasını artırmağa qoruyub saxlamağa yönəltdiyi strateji idarəetməyə əsaslanan marketinq yanaşmasıdır.

Loyallıq sistemlərinin növləri

Əməliyyat növünə görə loyallıq sistemlərinin müxtəlif variantları mövcuddur: 

1. Bonus sistemlərində: Müştəri alış-veriş zamanı xərclədiği məbləğin dəyərinə, alış-veriş sayına və ya alış-veriş etdiyi məhsulların sayına görə müxtəlif sayda bonus xallar qazanır. Qazanılan bonus xallar növbəti alış-verişlərdə istifadə olunur. 

2. Keşbek sistemlərində: Alış-veriş zamanı xərclənən məbləğin bir hissəsi geri qayıdır. Müştərinin motivasiyası ciddi ehtiyac yaranmadıqda xidmət və ya məhsullarından istifadə etdiyi şirkəti dəyişməməsidir. Daha çox alış-veriş, daha çox keşbek balans deməkdir. 

3. Üzvlük sistemlərində: Müştərilərin fərqli qiymətli,  fərqli səviyyələrdə funksionallıq və icazələrə sahib xidmətləri əldə etmək imkanı mövcuddur. Məsələn: Netflix xidmətindən istifadə etmək üçün, 3 fərqli qiymət sahib üzvlük səviyyələri təklif olunur. 

4. İanə sistemlərində: Burada müştəri ilə kommunikasiya fərqli qurula bilər. Müştəriyə alış-veriş məbləğinin bir hissəsinin hər hansı istiqamətdə insanlar, təbiət və s. naminə xərclənəcəyini bildirilə bilər. Həmçinin müştəridən birbaşa ianə etməyi istənilənə bilər. 

5. Hədiyyə sistemlərində: Müştəri alış-veri zamanı, növbəti alış-verişlərdə təsadüfi şəkildə və ya məntiqi ardıcıllıq üzrə hədiyyələr qazaılır. Eyni zamanda bu sistem digər loyallıq sistemləri ilə bərabər də istifadə oluna bilir. 

6. Növbəti: Yəqin ki, bunu eşitmisiniz , hər növbəti 10-cu sifarişiniz və ya 5-ci gəlişin sizə 1 pulsuz hər hansı qəhvə qazandırır. Başqa bir nümunədə hər növbəti alış-verişiniz sizə endirim qazandıra bilər.  Növbəti prinsipi ilə işləyən sistemlərdə məqsəd qısa müddətdə müştərini növbəti alış-verişə cəlb etməkdir. 

Loyallıq sisteminin faydaları

  • Xoşbəxt müştərilər

  • Balanslı mövsüm

  • Xərclərin azalması

  • Satışın artması

  • Data üzərində işləmək imkanı

  • Fərdiləşmə

  • Seqmentləşmə

  • Brend reputasiyasının artması

  • Rəqiblərdən öndə olmaq

  • Zaman intervalının azalması (alışlar arası)

Mobil tətbiq istifadə olunarsa əlavə hansı faydaları olar ?

  • Qarşılıqlı əlavə

  • Yeniliklər haqqında məlumat göndərmək

  • Müştərinin öz hesabı haqqında məlumatlı olması

  • Fərqli metriklərlə datanın əldə olunması

  • Daha geniş seqmentasiyaya əsaslanan foks qruplar yaratmaq

  • Müştəri tərəfindən asan əldə olunur

  • Müşəri rəylərini asan toplamaq imkanı

  • Rəqəmsal marketinqin bir parçası kimi, digər rəqəmsal kanallarala inteqrasiya olunması

  • Community yaratmaq imkanı

Loyallıq sistemi rəqəmlərdə

  • Yeni müştərilərə satış etmək ehtimalı: 5-20%

    Mövcud müştərilərə satış etmək ehtimalı: 60-70 %

  • Loyallıq proqramı olan şirkətlər rəqiblərinə nəzərən daha çox satış edir: 12-18%

  • Mövcud müştərilər tez-tez alış veriş edir, alış-veriş intervalı azalır: 90%

  • Mövcud müştərilər daha çox xərcləyir: 60%

  • Müştərilərin mükaflanmaq istəyi: 75%

  • Fərdiləşdirilmiş təklifləri qəbul etmək istəyi : 87%

  • Yeni müştərilən cəlb olunmasına sərf edilən məbləğ daha çox xərc tələb edir: 5-25 dəfə

Mənbələr: GlobeNewswire, Harvard Business Review, Bond Brand Loyalty, Paul W. Farris, Marketing metrics: The Definitive Guide to Measuring Marketing Performance 2nd Edition

Loyallıq, hesablama üsulları

  • ARPU (Average revenue per user)

  • AOV (Average Order Value)

  • CRR (customer retention rate)

  • ROI (Return on investment)

  • NPS (Net Promoter Score)

  • Repurchase Ratio

  • CLV (Customer Lifetime Value)

  • CLI (Customer Loyalty Index)

 
 

 

Konversiya qıfı və loyallıq