HOME - 2022-ci ilin 5 Digital Marketing trendi
2022-ci ilin 5 Digital Marketing trendi
1. Meta hər yerdə
Hətta Facebook öz adını META olaraq dəyişib. Yadınızdadırsa, Google bir anda 2015-ci ildə Alphabet kimi mövqeləşdi. Önəmli olan seçimdir.
İstifadəçilərə genişləndirilmiş və virtual təcrübə təqdim etmək üçün Facebook Metaverse-i işlədir. Bir marketoloq olaraq, biznesinizi bu məkana gətirməyin yollarını axtarmağa başlamalıyıq.
Meta for business bizə AR və VR formatlarında reklam etməyə imkan verir. Hələ nisbətən yenidir, lakin bu, 2022-ci ildə izlənililməsi gərəkən yaxşı rəqəmsal marketinq tendensiyalarından biridir.
2. NFT və kontentin müəllif hüququ
NFT 2021-ci ildə parlayan texnologiyadır. Brendlər, məşhurlar, kolleksiyaçılar və əlbəttə ki, rəqəmsal sənət yaradıcıları onlara təqdim olunan bütün imkanları dərhal qiymətləndirdilər. Lakin texniki baxımdan onun tətbiqi hələ də kütləvi deyil. NFT-ləri inteqrasiya etmək və istifadə etmək üçün yeni imkanlar yaranacaq. Facebook rəqəmsal identifikasiyalar yaratmaq və Facebook profili ilə virtual reallıq arasında körpü qurmaqla bu texnologiyadan identifikasiya kimi metaversedə istifadə etməyi planlaşdırır.
Ancaq böyük dəyişiklik, yalnız sosial media üçün deyil, bütün internet üçün olacaq. NFT bütün yeni kontenti etiketləmək (işarələmək) üçün istifadə edildikdə baş verəcək. Bu, əsasən müəllif hüququ problemini həll edəcək və müəlliflərin çoxdan maraqlı olduqları sosial şəbəkə problemini aradan qaldıracaq.
Brendlər üçün həm unikal NFT məhsul və xidmətlərini qorumaq üçün necə lazım olacağı haqqında düşünməlidirlər.
3.Süni intellektin təkamülü davam edir
Əminliklə demək olar ki, Süni İntellekt (AI) 2022-ci ildə rəqəmsal marketinqdə böyük rol oynamağa davam edəcək. Məsələn, axtarış və hədəf auditoriya arasındakı əlaqənin son 5 il ərzində necə inkişaf etdiyinə nəzər salın. İstehlakçılar olaraq, axtarışlarımızın əsas hissəsi getdikcə daha səthi (yəni sadə) nəticə isə dəqiq olur. Bu, AI ilə bağlıdır.
Rəqəmsal marketoloqlar tez-tez süni intellektin elektron ticarətə və bütövlükdə iqtisadiyyata necə təsir edəcəyi barədə danışırlar. Şirkətlər isə praktiki hərəkət daha yavaş hərəkət edir.
AI hal-hazırda aşağıdakılara tətbiq olunmaqdadır:
Çatbotlar
Fərdiləşdirilmiş veb axtarışı
Dinamik qiymət dəyişimi
Proqnoz analizi
Email marketinqi
4. Mütləq olmalıdır: Omnichannel Marketing
Bəli, Omnichannel Marketing-dən istifadə müştərilərinizə təklifləri, bütün kanallarla, cihazlarla, dəstək xidmətləri ilə və platformalara təmin etmək üçün mütləqdir.
Bunu real ticarətdə təcrübə edirsiniz, biznes sizə mobil proqramdan istifadə edərək öz mağazasından onlayn sifariş verməyə imkan verir və ya siz zəng edə bilərsiniz.
Ən yaxşı tərəfi odur ki, istəsəniz mağazaya baş çəkə bilərsiniz. Əgər şəxsən ziyarət etmək, onlayn sifariş vermək və ya kiminləsə söhbət etmək istəyirsinizsə, biznes bunu həyata keçirməlidir. Beləliklə bu kanalların bir yerdə data toplaması ilə müştərinin istifadə etdiyi kanaldan asılı olmayaraq ona uyğun təklif təqdim edilir.
5.Mobil marketinq mütləqdir
Mobil marketinq 2022-ci ildə ən yaxşı rəqəmsal marketinq trendi olmaqda davam edəcək. Bir çox marketoloqlar bu termini mobil proqramlar və responsiv vebsaytlar kimi şərh etsələr də, bu, aysberqin görünən hissəsidir. Güclü mobil marketinq strategiyası push bildirişlərindən tutmuş checkout prosesinə qədər hər şeyi əhatə edir. İstifadəçinin hər bir hərəkəti izlənilib fərdiləşmə ilə ona uyğun təklif təqdim ediləcəkdir. Mobil marketinqin məqsədi itkiləri azaltmaq və əlaqəni saxlamaqdır. Müştəri təcrübəsi çox vaxt ünsiyyət formatından asılıdır. İstehlakçılar vizual stimullaşdırıcı ünsiyyət formalarına üstünlük verirlər.