kontent marketinq

Kontent marketinq nədir?

Kontent marketinqi – brend reputasiyası, məlumatlılıq və auditoriya ilə yaxınlıq yaratmaq məqsədi ilə kontentin yaradılması, dərc edilməsi və paylaşılmasıdır.


Kontent marketinqin biznes üçün faydaları nələrdir?

1. Auditoriyanın böyüməsinə xidmət edir

Sosial mediada şirkət hesabları auditoriyasının inkişafına kömək edir. Doğru zamanda və doğru kommunikasiya üsulu ilə hazırlanmış kontent auditoriyanın böyüməsinə təsir edir.

2. Brend vəkilləri

Siz izləyicilərinizdən brend vəkilləri hazırlaya bilərsiniz. Kontent marketinqi biznesə daha geniş bazarda nə etmək istədiyinə dair təsir və ya etibarlılıq hissi əldə etməyə kömək edən brend vəkilləri formalaşdırır.

3. SEO

Kontent marktinqi vasitəsi ilə SEO nəticələrini mükəmməl hala gətirə bilərsiniz. Bu həm də biznesə SERP-də yerini gücləndirmək üçün lazımdır.

4. Lead

Kontent marketinq Lead əldə edilməsi üçün önəmlidir. Əldə olunmuş Lead məlumatlar satış edə biləcəyiniz potensial müştərilərdir.

5. Biznesin başa düşülməsi

Bu, biznesinizin başa düşülməsini, təklifinizin bazarda nə olduğunu təkmilləşdirməyi və potensial müştərilərlə yaxınlığınızı gücləndirməyi əhatə edir. Həmçinin digital marketinqin əsas elementidir.

 

 

Kontent marketinq faydalari

 

Qısa müddətdə necə aktual kontent yaratmaq olar?

Bunun üçün Aktual kontent (Topical content) növü mövcuddur. Aktual kontent ondan ibarətdir ki, zamanın bir anına bağlıdır və buna görə də qısa aktuallıq müddəti var. Aktual kontent müvafiq, vaxtında və hədəflənmiş məlumatı təmin edən məzmundur. Bu növ kontent idman tədbirləri, hər hansı digər xəbərlər, mövsümi hadisə, tədbir bə ya bayramlar və s. ola bilər. Məsələn: Black Friday endirimləri

Uzun müddət işləyən kontent hansıdır?

Bu sualın cavabı həmişəyaşıl kontentdədir (Evergreen content). Həmişəyaşıl kontent köhnəlməyən kontentdir. O, cari xəbər dövründən və ya mövsümündən asılı olmayaraq həmişə oxucular üçün aktual olan mövzu ətrafında fırlanır.

Həmişəyaşıl mövzuların bəzi nümunələri bunlardır:

“Necə arıqlamaq olar” – 2022 və ya 100 il sonra olmasının fərqi yoxdur. İnsanlar həmişə arıqlamaq istəyəcəklər.

“Futbol nəticələri”—Futbol matçları hər zaman oynanılır və futbol azarkeşləri həmişə ən son nəticələrlə maraqlanır.