HOME - Metaverse marketinq
Metaverse marketinq
Metaverse sürətlə inkişaf etməkdədir. Bu isə marketoloqlar xüsusən də rəqəmsal marketinq mütəxəssisləri üçün geniş imkanlar yaradır. Buradan siz həm metaverse nə olduğunu və rəqəmsal marketoloqlar üçün hansı imkanlar yaratdığını öyrənəcəksiniz.
Bəs metaverse özü nədir?
Metaverse – bu termin, ümumiyyətlə qəbul edilən bir virtual kainata bağlanan davamlı, paylaşılan, 3 ölçülü virtual məkanlardan ibarət internetin gələcək konsepsiyasını təsvir etmək üçün istifadə olunur. Sadə dillə desək müxtəlif 3D oyunlar, sosial media, VR və AR istifadə olunan platformalar və onların toplu halda bir-biri ilə əlaqənməsindən yaranan virtual dünyanı təsvir edir. Virtual kainat təsəvvür edin ki, siz buraya öz fiziki dünya təcrübənizi gətirərək yeni virtual dünyalar yaradırsınız.
30 il əvvəl internet ictimai istifadə üçün verildi. 20 il əvvəl isə bizneslər interneti marketinq kanalı kimi istifadə etməyə başladılar. Bu proses metaverse özü ilə də baş verəcəkdir.
5G, süni intellekt (AI) və qabaqcıl cloud texnologiyası ilə tezliklə müxtəlif əlaqəli qurğular arasında daha problemsiz və qənaətcil AR VR təcrübəsi təqdim olunacaqdır.
Mark Zuckerberg, bu yaxınlarda Facebookun “metaverse” şirkətinə çevrildiyini açıqladı. Apple və ya Google isə metaverse inqilabına rəhbərlik etmək üçün daha uyğundur.
Bilirsinizmi?
Google Trends nəticələrinə əsasən metaverse sözü mart ayında 100 Mark-a çatıb.
Forbes, texnologiya futuristi və metaverse strateq Cathy Hackl tərəfindən yazılan metaverse xəbərlərini bütün guşələrini əhatə edən şəkildə həftəlik yayım edir.
Chief Metaverse Officer və digər metaverse başlıqları. “Metaverse” açar sözünü LinkedIn -də axtarın və profilində metaverse istifadə edən 3600-dan artıq nəticə (istifadəçi) görəcəksiniz.
Google News-da metaverse sözünü axtarsaz 831000-dən artıq xəbər tapacaqsınız
Twitterdə #metaverse hashtagi ilə saatlıq +-1000 tweet yerləşdirilir.
Instagram hashtagi ilə 63000-dən artıq post yayımlandığını göstərir.
Rəqəmsal marketinq mütəxəssisləri üçün metaverse hansı imkanlar yaradır?
Metaverse dünyasında siz oynaya, konsertlərə gedə, yaradıcılıq işi ilə məşğul ola, özünüz üçün yenilikləri kəşf edə, sosial şəbəkələrdəki kimi hərəkətlər edə, hər hansı virtual və fiziki məhsulu əldə edə və s. işlə məşğul ola bilərsiniz.
Artıq Gucci, Nike, Disney, Snap və Facebook kimi markalar virtual icmalar, kontent, moda, incəsənət nümunələri və virtual dünyalar yaratmağa başlamışdır.
İndi real dünyamızdan çıxıb yeni bir iqtisadiyyata, mühitə, valyutaya və davranışlara sahib olacağımız virtual dünyalara addım ata bilərik.
Hal-hazırda rəqəmsal marketinq strategiyasının bir hissəsi olaraq artırılmış reallıq və süni intellekt ətrafında virtual reallığı əhatə edən yeni texnologiyalardan istifadə gündəmin müzakirə mövzusudur.
SEO və Metaverse
Marketoloqlar üçün Google, YouTube kimi axtarış sistemlərində tapılmaq üçün optimallaşdırmaya keçdikləri kimi, metaversdə necə önə çıxmağı təhlil etməyə başlamağın vaxtı artıq gəlir.
Markalar öz təkliflərini izləyicilərinə uyğun bir dünyada, cəmiyyətdə və ya platformada saxlayaraq buna nail ola bilərlər.
Burada axtarış sistemlərinin özlərinin də metaverse-də necə çıxış edəcəyindən də çox şey aslıdır. Metaverse-də axtarış sistemləri fərqli alqoritm və interfeysə sahib ola bilərlər.
Restoronanınız var? , kiçik biznesiniz və ya pərakəndə mağazanız var? Google’un AR/VR texnologiyaları, lokal bizneslər siyahısında axtarışlar zamanı 3D təcrübələri yaşada bilərsiniz. Bunun üçün artıq uzun zamandır məkanların 360 çəkilişlərini aparır.
Google -a görə:
” Artırılmış reallıq rəqəmsal məzmunu və məlumatı fiziki dünyaya yayır – Sanki sizin yanınızdadır”
Hal-hazırda biz AR texnologiyası ilə geyimləri və kosmetik vasitələri, evimiz üçün nəzərdə tutduğumuz mebeli və s. əşyaları sınaya bilirik. Bu isə birbaşa virtual dünyalara keçməyimiz üçün zəmin yaradır.
Sosial media və Metaverse
Daha əvvəl də qeyd edildiyi kimi, Facebook gələcək üçün özünü metaverse şirkəti olaraq görür.
Oculus (qurğusu) ilə virtual reallıq platforması Facebook Horizon və yeni qurulan Facebook Metaverse sosial şəbəkəni 2D -dən 3D -yə daşımağa hazır görünür.